Bu gün AVRO-2024-ün final mərhələsində növbəti matçlar keçirilir.
İdman.biz xəbər verir ki, çempionatın ikinci oyun günü Kölndə başlayıb.
A qrupunun matçında Macarıstanla İsveçrə üz-üzə gəlib. Qarşılaşmanın ilk hissədi ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci 45 dəqiqədə macarlar fərqli azaltsalar da, əlavə edilmiş dəqiqələrdə qapılarından daha bir top buraxıblar. Nəticədə İsveçrə AVRO-2024-ə 3:1 hesablı qələbə ilə başlayıb.
Bu matçla qrupda I tura da yekun vurulub.
Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiyanı 5:1 hesabı ilə darmadağın edib.
AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, A qrupu
17:00. Macarıstan – İsveçrə - 1:3
Qollar: Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12, Mişel Ebişer, 45, Brel Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Köln stadionu
İdman.biz