Əvvəl Niderland, 21 il sonra Almaniya

Xəbərlər
15 İyun 2024 09:12
142
Əvvəl Niderland, 21 il sonra Almaniya

AVRO-2024-ün açılış oyununda Almaniya ilə görüşən Şotlandiya 20 il 7 aydan sonra rəsmi matçda 5 və ya daha çox qol buraxıb.

İdman.biz xəbər verir ki, 1:5 hesabı ilə uduzan britaniyalılar sonuncu dəfə 2003-cü ilin noyabrında belə acınacaqlı məğlubiyyət alıb.

AVRO-2004-ün təxminən 21 il əvvəlki seçmə oyununda Niderland şotlandiyalılara “divan tutub” – 6:0. Bundan sonra “tartan ordusu” bir dəfə də belə çox qol buraxsa da, ABŞ-la 2012-ci ilin mayındakı görüş (1:5) yoldaşlıq matçı olub.

Qeyd edək ki, Şotlandiya növbəti turda İsveçrə ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: