AVRO-2024: Almaniyadan darmadağınla start - VİDEO

Xəbərlər
15 İyun 2024 00:54
574
AVRO-2024: Almaniyadan darmadağınla start - VİDEO

Bu gün AVRO-2024-ə start verilib.

İdman.biz xəbər verir ki, Almaniyada keçiriləcək 17-ci Avropa çempionatının ilk günündə bir matç baş tutub.

Günün yeganə oyunu açılış mərasimindən sonra keçirilib. Çempionatın meydan sahibi Almaniya Şotlandiyanı sınağa çəkib.

Münhendə təşkil olunan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Almanlar rəqib qapısından 5 top keçirib. 10 nəfərlə qalan Şotlandiya son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək. Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.

AVRO-2024
Qrup mərhələsi, I tur
14 iyun, A qrupu
23:00. Almaniya – Şotlandiya - 5:1
Qollar:
Florian Virts, 10. Jamal Musiala, 19. Kai Havertz, 45+1 (pen.). Niklas Fullkruq, 68. Emre Can, 90+3 - Antonio Rudiger, 87 (öz qapısına)
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen. “Alyans Arena” stadionu

İdman.biz

Məqalədə: