Almaniyada futbol bayramına start – TƏQVİM

Xəbərlər
13 İyun 2024 14:24
1 201
Almaniyada futbol bayramına start – TƏQVİM

Sabah Avropada böyük futbol bayramına start veriləcək.

İdman.biz xəbər verir ki, “Köhnə qitə”nin 24 ən güclü komandası Almaniyada keçiriləcək 17-ci Avropa çempionatında mübarizə aparacaq.

İyulun 14-dək davam edəcək AVRO-2024-ün matçları 10 şəhərdəki 10 stadionda baş tutacaq. İştirakçılar yarışa qrup mərhələsi ilə başlayacaq. 24 komanda 6 qrupda 1/8 finala vəsiqələr üçün yarışacaq.

Azərbaycan millisinin vəsiqə qazanmadığı çempionatda qardaş Türkiyə yığması da mübarizə aparacaq. “Ay-ulduzlular” favoritlər sırasında olmasa da, mümkün qədər irəliləməyə çalışacaq.

Son çempion İtaliya və finalçı İngiltərə yenə ən güclü adına namizədlər sırasındadır. Favoritlər arasında Fransa, İspaniya və Almaniya milliləri də yer alıb. Belçika, Portuqaliya və Xorvatiya da hesabdan silinəcək yığmalar deyil.

İki komanda ilk dəfə final mərhələsinə qatılacaq. Bunlar Serbiya və Gürcüstan milliləridir. Düzdür, balkanlılar Yuqoslaviyanın, qonşularımız SSRİ və MDB-nin tərkibində bu həyəcanı yaşayıb. Lakin hər iki komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.

AVRO-2024-ün təqvimi
Qrup mərhələsi

I tur
14 iyun
A qrupu

1) 23:00. Almaniya – Şotlandiya (Münhen)
15 iyun
A qrupu

2) 17:00. Macarıstan – İsveçrə (Köln)
B qrupu
3) 20:00. İspaniya – Xorvatiya (Berlin)
4) 23:00. İtaliya – Albaniya (Dortmund)
16 iyun
D qrupu

7) 17:00. Polşa – Niderland (Hamburq)
C qrupu
6) 20:00. Sloveniya – Danimarka (Ştutqart)
5) 23:00. Serbiya – İngiltərə (Helzinkirhen)
17 iyun
E qrupu

10) 17:00. Rumıniya – Ukrayna (Münhen)
9) 20:00. Belçika – Slovakiya (Frankfurt)
D qrupu
8) 23:00. Avstriya – Fransa (Düsseldorf)
18 iyun
F qrupu

11) 20:00. Türkiyə – Gürcüstan (Dortmund)
12) 23:00. Portuqaliya – Çexiya (Leyptsiq)

II tur
19 iyun
B qrupu

15) 17:00. Xorvatiya – Albaniya (Hamburq)
A qrupu
14) 20:00. Almaniya – Macarıstan (Ştutqart)
13) 23:00. Şotlandiya – İsveçrə (Köln)
20 iyun
C qrupu

18) 17:00. Sloveniya – Serbiya (Münhen)
17) 20:00. Danimarka – İngiltərə (Frankfurt)
B qrupu
16) 23:00. İspaniya – İtaliya (Helzinkirhen)
21 iyun
E qrupu

21) 17:00. Slovakiya – Ukrayna (Düsseldorf)
D qrupu
19) 20:00. Polşa – Avstriya (Berlin)
20) 23:00. Niderland – Fransa (Leyptsiq)
22 iyun
F qrupu

24) 17:00. Gürcüstan – Çexiya (Ştutqart)
23) 20:00. Türkiyə – Portuqaliya (Dortmund)
E qrupu
22) 23:00. Belçika – Rumıniya (Köln)

III tur
23 iyun
A qrupu

25) 23:00. İsveçrə – Almaniya (Frankfurt)
26) 23:00. Şotlandiya – Macarıstan (Ştutqart)
24 iyun
B qrupu

27) 23:00. Albaniya – İspaniya (Düsseldorf)
28) 23:00. Xorvatiya – İtaliya (Leyptsiq)
25 iyun
D qrupu

31) 20:00. Niderland – Avstriya (Berlin)
32) 20:00. Fransa – Polşa (Dortmund)
C qrupu
29) 23:00. İngiltərə – Sloveniya (Köln)
30) 23:00. Danimarka – Serbiya (Münhen)
26 iyun
E qrupu

33) 20:00. Slovakiya –Rumıniya (Frankfurt)
34) 20:00. Ukrayna – Belçika (Ştutqart)
F qrupu
35) 23:00. Gürcüstan – Portuqaliya (Helzinkirhen)
36) 23:00. Çexiya – Türkiyə (Hamburq)

1/8 final
29 iyun

38) 20:00. A2 – B2 (Berlin)
37) 23:00. A1 – C2 (Dortmund)
30 iyun
40) 20:00. C1 - D/E/F3 (Helzinkirhen)
39) 23:00. B1 - A/D/E/F3 (Köln)
1 iyul
42) 20:00. D2 – E2 (Düsseldorf)
41) 23:00. F1 - A/B/C3 (Frankfurt)
2 iyul
43) 20:00. E1 - A/B/C/D3 (Münhen)
44) 23:00. D1 – F2 (Leyptsiq)

1/4 final
5 iyul

45) 20:00. 39-cu matçın qalibi - 37-ci matçın qalibi (Ştutqart)
46) 23:00. 41-ci matçın qalibi - 42-ci matçın qalibi (Hamburq)
6 iyul
47) 23:00. 43-cü matçın qalibi - 44-cü matçın qalibi (Berlin)
48) 20:00. 40-cı matçın qalibi - 38-ci matçın qalibi (Düsseldorf)

Yarımfinal
9 iyul

49) 23:00. 45-ci matçın qalibi - 46-cı matçın qalibi (Münhen)
10 iyul
50) 23:00. 47-ci matçın qalibi - 48-ci matçın qalibi (Dortmund)

Final
14 iyul

51. 23:00: 49-cu matçın qalibi - 50-ci matçın qalibi (Berlin)

İdman.biz

Məqalədə: