Polşa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xəbərlər
29 May 2024 15:41
113
Polşa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Polşa millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda 29 futbolçu yer alıb.

Baş məşqçi Mihal Probej onlar arasında seçim edəcək. Yekun siyahıda 26 futbolçu qalacaq.

Qapıçılar: Lukaş Skorupski (“Bolonya”, İtaliya), Voyçex Şesni (“Yuventus”, İtaliya), Marçin Bulka (“Nitsa”, Fransa), Oliver Zix (“Puşa”);

Müdafiəçilər: Yan Bednarek (“Sauthempton”, İngiltərə), Bartoş Bereszinski (“Empoli”, İtaliya), Pavel Bohnieviç (“Herenven”, Niderland), Pavel Davidoviç (“Verona”, İtaliya), Yakub Kivior (“Arsenal”, İngiltərə), Bartoş Salamon (“Lex”), Timoteuş Puhaç (“Kayzerslautern”, Almaniya), Sebastyan Valukeviç (“Empoli”, İtaliya);

Yarımmüdafiəçilər: Pjemislav Frankovski (“Lans”, Fransa), Yakub Moder (“Brayton”, İngiltərə), Yakub Pyotrovski (“Lüdoqorets”, Bolqarıstan), Bartoş Sliş (“Atlanta Yunayted”, ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbaxça”, Türkiyə), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya), Kamil Qrosiçki (“Poqon”), Taras Romançuk (“Yagelloniya”), Kasper Urbanski (“Bolonya”, İtaliya), Mihal Skuraş ("Brügge", Belçika);

Hücumçular: Robert Levandovski (“Barselona”, İspaniya), Karol Sviderski (“Verona”, İtaliya), Arkadiuş Milik (“Yuventus”, İtaliya), Kşiştof Pyatek (“İstanbul” BB, Türkiyə), Adam Buksa (“Antalyaspor”, Türkiyə).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İdman.biz

Məqalədə: