Yığmamızın rəqibi AVRO-2024 üçün heyətini açıqlayıb

Xəbərlər
28 May 2024 16:18
484
Yığmamızın rəqibi AVRO-2024 üçün heyətini açıqlayıb

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi Slovakiya AVRO-2024 üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, ilkin siyahıda 32 futbolçu yer alıb.

Slovakiya çempionat öncəsi iyunun 4-də San-Marino, 5 gün sonra isə Uelsə qarşı yoldaşlıq görüşü keçirəcək. Bunun ardınca yekun heyət dəqiqləşəcək.

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Henrix Ravas (“Nyu-İnqlənd Revoluşn”, ABŞ), Dominik Takaç (“Spartak”);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Norbert Dyomber (“Salernitana”, İtaliya), Denis Vavro (“Kopenhagen”, Danimarka), Milan Şkrinyar (PSJ, Fransa), Adam Obert (“Kalyari”, İtaliya), David Qansko (“Feyenoord”, Niderland), Vernon De Marko (“Hatta” BƏƏ), Mihal Tmoç (“Slaviya”, Çexiya), Sebastian Koşa (“Spartak”, Slovakiya), Matuş Kmet (“Trençin”);

Yarımmüdafiəçilər: Yakub Kadak (“Lütsern”, İsveçrə), Matuş Bero (“Bohum”, Almaniya), Tomaş Riqo (“Banik “, Çexiya), Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Napoli”, İtaliya), Ondrey Duda (“Verona”, İtaliya), Dominik Holli (“Yablonets”, Çexiya), Laslo Beneş (“Hamburq”, Almaniya), Yuray Kuçka (“Slovan”);

Hücumçular: David Duriş (“Askoli”, İtaliya), Tomaş Suslov (“Verona”, İtaliya), İvan Şrans (“Slaviya”, Çexiya), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Robert Polevko (“Dukla”, Çexiya), Leo Zaver (“Feyenoord”, Niderland), Lukaş Qaraslin (“Sparta”, Çexiya), David Streles (“Slovan”), Lyubomir Tupta (“Liberets”);

Ehtiyat heyət: Lyubomir Belko (“Jilina”), Rihard Ludha (“Teplitse”, Çexiya), Tomaş Nemçik (“Rusenborq”, Norveç), Peter Pokornıy (“Şlensk”, Polşa), Erik Yirka (“Viktoriya”, Çexiya), Adrian Kapralik (“Qurnik”, Polşa), Tomaş Bobçik (“Lexiya”, Polşa), Erik Prekop (“Bohemiyans”, Çexiya), Adam Zrelyak (“Varta”, Polşa), Marek Bartoş (“Podbrejova”), Artur Qaydoş (“Trençin”).

Qeyd edək ki, Almaniyadakı qitə çempionatı iyunun 14-də başlayacaq.

İdman.biz

Məqalədə: