Stiv Klark seçim qarşısında: AVRO-2024 üçün 28 futbolçu

Xəbərlər
22 May 2024 15:37
126
Stiv Klark seçim qarşısında: AVRO-2024 üçün 28 futbolçu

Şotlandiya millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Stiv Klarkın siyahısında 28 futbolçu yer alıb.

Mütəxəssis Almaniyaya aparacağı “26-lıq”la bağlı iyulun 7-dək seçim etməlidir. Onun ilkin siyahısında 4 qapıçı, 11 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Qapıçılar: Anqus Qann (“Norviç”, İngiltərə), Zender Klark, Kreyq Qordon (hər ikisi "Harts”), Liem Kelli (“Mozervell”);

Müdafiəçilər: Endi Robertson (“Liverpul”, İngiltərə), Kiran Tirni (“Real Sosyedad”, İspaniya), Cek Hendri (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Rayan Porteus (“Uotford”, İngiltərə), Liem Kuper (“Lids”, İngiltərə), Skott Makkenna (“Kopenhagen”, Danimarka), Qrant Henli (“Norviç”, İngiltərə), Qreq Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Con Suttar (“Reyncers”), Ross Makkrori (“Bristol Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bornmut”, İngiltərə), Billi Gilmor (“Brayton”, İngiltərə), Con Makqin (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç”, İngiltərə), Skott Maktominay (“Mançester Yunayted”, İngiltərə), Stüart Armstronq (“Sauthempton”, İngiltərə), Rayan Cek (“Reyncers”);

Hücumçular: Lindon Dayks (KPR, İngiltərə), Çe Adams (“Sauthempton”, İngiltərə), Lourens Şenklend (“Harts”), Ben Douk (“Liverpul”, İngiltərə), Ceyms Forrest (“Seltik”).

Qeyd edək ki, Avropa çempionatına iyunun 14-də start veriləcək.

İdman.biz

Məqalədə: