AVRO-2024: Gürcüstanın ilkin heyəti açıqlanıb

Xəbərlər
22 May 2024 15:24
192
AVRO-2024: Gürcüstanın ilkin heyəti açıqlanıb

Gürcüstan millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, heyətdə 26 futbolçu yer alıb.

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Qəbələ”nin sabiq oyunçusu Nika Kvekveskiri də Villi Sanyolun dəvət etdiyi futbolçular arasındadır. Yekun heyət iyunun 7-də müəyyənləşəcək.

Qapıçılar: Georgi Mamardaşvili (“Valensiya”), Georgi Loria (“Dinamo Tbilisi”), Luka Quqeşaşvili (“Qarabağ”);

Müdafiəçilər: Solomon Kverkvelia (“Al-Okhdood”), Georgi Qvelesiani (“Persepolis”), Quram Kaşia (“Slovan Bratislava”), Jemal Tabidze (“Panetolikos”), Laşa Dvali (APOEL), Luka Loçoşvili (“Kremonese”), Otar Kakabadze (“Krakovia”), Georgi Qoçoleişvili (“Şaxtyor”);

Yarımmüdafiəçilər: Georgi Çakvetadze (“Uotford”), Anzor Mekvabişvili (“Universitatea Craiova”), Jaba Kankava (“Slovan Bratislava”), Otar Kiteişvili (“Ştrum Qraz”), Nika Kvekveskiri (“Lex Poznan”), Georgi Koçoraşvili (“Levante”), Sandro Altunaşvili (“Volfsberger”), Levan Şengelia (“Panetolikos”), Georgi Tsitaişvili (“Dinamo Batumi”), Saba Lobzanidze (“Atlanta United”);

Hücumçular: Zuriko Davitaşvili (“Bordo”), Budu Zivzivadze (“Karlsrue”), Georges Mikautadze (“Metz”), Georgi Kvilitaia (APOEL), Khviça Kvaratsxelia (“Napoli”).

Qeyd edək ki, Gürcüstan Avropa çempionatında F qrupunda Türkiyə, Çexiya və Portuqaliyaya qarşı mübarizə aparacaq. AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

İdman.biz

Məqalədə: