AVRO-2024: Son 3 vəsiqə uğrunda

Xəbərlər
22 Mart 2024 02:06
964
AVRO-2024: Son 3 vəsiqə uğrunda

AVRO-2024-ün pley-off mərhələsinin finalında qarşılaşacaq komandaların adlarına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Millətlər Liqasından pley-offa vəsiqə qazanan son 6 yığma 3 xoşbəxti müəyyənləşdirəcək.

Finallarda Uels – Polşa, Ukrayna – İslandiya, Gürcüstan – Yunanıstan qarşılaşmaları baş tutacaq. Qələbə qazanacağı təqdirdə, Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

A, B və C yolu üzrə final görüşləri martın 26-da keçiriləcək.

AVRO-2024-ün pley-offu
Final
26 mart
A yolu

23:45. Uels – Polşa
B yolu
23:45. Ukrayna – İslandiya
C yolu
21:00. Gürcüstan – Yunanıstan

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İdman.biz