İspaniya 7, Xorvatiya 5 qolla qələbə qazandı - VİDEO

Xəbərlər
9 Sentyabr 2023 00:50
163
İspaniya 7, Xorvatiya 5 qolla qələbə qazandı - VİDEO

Türkiyə yığması Avropa çempionatının seçmə mərhələsində xal itirib.

İdman.biz xəbər verir ki, “ay-ulduzlular” öz meydanında Ermənistanla heç-heçə oynayıb.

Qrupun digər qarşılaşmasında Xorvatiya böyükhesablı qələbə qazanıb. “Damalılar” Latviyanın qapısından 5 cavabsız top keçiriblər.

Şotlandiya və Portuqaliya seçmə mərhələsinə itkisiz davam edir. Hər iki komanda keçirdiyi 5 oyunu da qələbə ilə başa vurub.

Şotlandlar səfərdə Kiprə, portuqaliyalılar isə Slovakiyaya qalib gəliblər.

AVRO-2024, seçmə mərhələ
8 sentyabr

A qrupu
Gürcüstan – İspaniya – 1:7
Kipr – Şotlandiya – 0:3
Şotlandiya – 15, İspaniya – 6, Norveç – 4, Gürcüstan – 4, Kipr – 0 xal.

D qrupu
Türkiyə – Ermənistan – 1:1
Xorvatiya – Latviya – 5:0
Türkiyə – 10, Xorvatiya – 7, Ermənistan – 7, Uels – 4, Latviya – 0 xal.

J qrupu
Bosniya və Hersoqovina – Lixtenşteyn – 2:1
Lüksemburq – İslandiya – 3:1
Slovakiya – Portuqaliya – 0:1
Portuqaliya – 15, Slovakiya – 10, Lüksemburq – 10, Bosniya və Hersoqovina – 6, İslandiya – 3, Lixtenşteyn – 0 xal.

----------

22:33

Avro-2024-ün seçmə mərhələsinin görüşləri davam edir. i

İdman.biz xəbər verir ki, A qrupunda yer alan İspaniya səfərdə Gürcüstani 7:1 hesabı ilə darmadağın edib.

Üç görüşdən sonra ispanlar 6 xalla qrupda ikinci pilləyə yüksəliblər. Gürcülər isə 4 xalla dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, qrupun növbəti görüşləri 12 sentyabrda baş tutacaq. İspanlar doğma meydanda Kipri, gürcüləxr isə səfərdə Norveçin qonağı olacaq.

8 sentyabr: Gürcüstan – İspaniya 1-7
A.Morata, 22 (0:1), S. Kvirkveliya, 27 (0:2, Ö.Q), D. Olmo, 38 (0:3), A. Morata, 40 (0:4), G. Çakvetadze, 49 (1:4), A. Morata, 68 (1:5), N. Villiam, 68 (1:6), L. Yamal 74 (1:7)

Qollara burada baxmaq olar.

Ağa Dadaşzadə

İdman.biz