Canni De Byazi: “Ən yaxşısını etməyə çalışacağıq”

Müsahibə
8 Sentyabr 2023 18:44
89
Canni De Byazi: “Ən yaxşısını etməyə çalışacağıq”

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Belçika ilə qarşılaşacaq.

İdman.biz saytı xəbər verir ki, millinin baş məşqçisi Canni De Byazinin iştirakı ilə mətbuat konfransı keçirilib.

- Sabah bizi ağır oyun gözləyir. Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib FİFA reytinqində 4-cü pillədədir. Cəsarətli oynamalıyıq. İsveç və Avstriya oyunlarında olduğu kimi rəqibə hədiyyə verməməliyik. Yaxşı nəticə qazanmaq istəyiriksə, imkanlardan düzgün yararlanmalı və heç bir səhv etməməliyik. Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq. Onlar da bizim kimi insanlardır, futbolçulardır. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, futbolçular azarkeşləri və özlərini sevindirsinlər.

- Belçikadan xal alacağınıza özünüz inanırsınız?

- Bizdə belə misal var ki, ümid sonda ölür. Mentalitetim belədir ki, oyundan öncə heç nə uduzmuram, mübarizəni sevirəm. Futbolçu kimi də belə olmuşam. Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq. Onlar da bizim kimi insandırlar, futbolçudur. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, oyunçular azarkeşləri və özlərini sevindirsinlər

.- Höccət Haqverdiyevin yığmaya dəvət edilməsi söz-söhbətə səbəb oldu. Klubunda oynamır, amma milliyə dəvət alır. Bu haqda fikriniz necədir?

- Höccət həmişə millinin üzvü olub. Bu mövsüm cəmi 6 dəqiqə oynayıb. Ola bilər ki, sabah ilk dəqiqədən oynamasın. Amma lazım olsa, 20-30 dəqiqə oynasın. Höccət vacib oyunçudur, bizə kömək edə bilər.

- Siz dediz ki, oyundan qabaq uduzmuram, mübarizəni sevirəm. Üç il əvvəl Lüksemburqla görüşdən əvvəl demişdiz ki, məqsədim futbolçuların mentalitetini dəyişməkdir. Üç il keçib, futbolçuların mentalitetini dəyişə bilmisiz?

- Bizim hər bir oyunçumuz tam şəkildə motivasiyalıdırlar. Sabah ən yaxşısını edəcəklər. Bəli, demişdim ki, günü-gündən inkişaf etməliyik ki, mübarizə aparmağa hazır olmalıyıq. Bu tək futbolçu üçün yox, başqa sənətlər üçün də belədir. Düzgün məsləhətlər almalıyıq, təcrübələrdən nəticə çıxarmalıyıq.

- İtaliya mətbuatına açıqlamanızda bildirmisiz ki, tərcüməçiniz Romelu Lukakunun gəlişinə sevinir. Bəs, sizcə Belçika millisinin heyətində ən təhlükəli oyunçu kimdir?

- Belçika tək Lukaku deyil, çox yaxşı oyunçuları var, güclü klublarda var. Təbii ki, zarafat idi, tərcüməçim "Roma"ya azarkeşlik edir, amma bu, sabaha aid deyil.

İdman.biz