Üçqat çempiondan "Tur de Frans"ın təşkilatçılarına etiraz

Xəbərlər
15 İyul 2025 00:58
35
Üçqat çempiondan "Tur de Frans"ın təşkilatçılarına etiraz

Sloveniyalı velosepidçi Tadey Poqaçar "Tur de Frans"ın təşkilatçılarını tənqid edib.

İdman.biz xəbər verir ki, "UAE Team Emirates" komandasının vaxt azlığından şikayətlənib.

"Budəfəki "tur" məni qocaldır. Ona görə ki, səfərlərdən üzümüzü qırxmağa vaxt tapmırıq. Startdan əvvəl iki saat avtobusda yol qət edirik, finişdən sonra isə üç saat. Ola bilsin ki, növbəti günlərdə özümlə avtobusda tualet ləvazimatları götürəcəyəm", - deyə Poqaçar açıqlamasında deyib.

Qeyd edək ki, sloveniyalı veloyürüşçü 2020-ci, 2021-ci və 2024-cü illərdə "Tur de Frans"ın qalibi olub. Builki yarışda Poqaçar 10 mərhələdən sonra liderdən 29 saniyə geri qalır.

İdman.biz