Trek yığmamızdan Qazaxıstanda daha bir medal

Xəbərlər
19 May 2025 16:03
36
Trek yığmamızdan Qazaxıstanda daha bir medal

Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yığma komandamız daha bir medal əldə edib.

İdman.biz xəbər verir ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.

2009-1010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü olub.

İdman.biz