Azərbaycan şahmatçıları Vyetnama qalib gəlib

Xəbərlər
10 Sentyabr 2025 16:04
40
Azərbaycan şahmatçıları Vyetnama qalib gəlib

Azərbaycan və Vyetnam komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.

İdman.biz xəbər ki, 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərinin iştirak etdiyi yarış təmsilçimizin 7:5 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan komandasının heyətində Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy, Atilla Orman və Nurlan Əzizli iştirak ediblər.

Qeyd edək ki, yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.

İdman.biz