Fətəliyeva Səmərqənddə qalib gəlib və liderlər qrupuna yüksəlib

Xəbərlər
8 Sentyabr 2025 00:10
46
Fətəliyeva Səmərqənddə qalib gəlib və liderlər qrupuna yüksəlib

Özbəkistanın Səmərqənd şəhərində keçirilən qadınların FIDE Grand Swiss turnirinin 4-cü turunda Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva güclü rəqib – ukraynalı Mariya Muziçuku məğlub edib.

İdman.biz xəbər verir ki, Fətəliyeva 4 turdan sonra 3 xal toplayaraq liderlər qrupuna daxil olub. 5-ci turda o, qara fiqurlarla Aleksandra Kostenyukla qarşılaşacaq.

Digər azərbaycanlı şahmatçıların nəticələri belə olub: Xanım Balacayeva Harika Dronavalli ilə heç-heçə edib və 2,5 xalla 12-ci pillədə qərarlaşıb. Gövhər Beydullayeva Lela Cavanşvili ilə sülhə razılaşıb və 1,5 xalla 42-ci yerdədir.

Açıq turnirdə isə azərbaycanlı şahmatçılar 4-cü turu üç heç-heçə və bir məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov Anton Demçenko ilə heç-heçə edib və 2,5 xalla 29-cu yerdədir. Aydın Süleymanlı Andrey Yesipenko ilə yarım xal qazanaraq 2,5 xala yüksəlib və 20-ci pillədədir. Rauf Məmmədov Maksim Lagardla heç-heçə edib və 2 xalla 70-ci yerdədir. Məhəmməd Muradlı isə Lu Şanleyə uduzub və 1 xalla 111-ci sıradadır.

İdman.biz