Respublika Şahmat Olimpiadasının liderləri - Məhəmməd Bağırov və Fərid Sadıqzadə

Xəbərlər
10 Avqust 2025 23:33
51
Respublika Şahmat Olimpiadasının liderləri - Məhəmməd Bağırov və Fərid Sadıqzadə

Balakən Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası davam edir.

İdman.biz xəbər verir ki, turnirdə A və B qruplarında ümumilikdə 250 şahmatçı mübarizə aparır.

7 turdan sonra A qrupunda (U16 yarışında) Məhəmməd Bağırov 7 xalla, B qrupunda (U10 yarışında) isə Fərid Sadıqzadə 6,5 xalla liderlik edirlər.

İdman.biz