"Guba Open"də ikihakimiyyətlilik - qalib son turda bəlli olacaq

Xəbərlər
22 İyul 2025 10:41
47
"Guba Open"də ikihakimiyyətlilik - qalib son turda bəlli olacaq

"Guba Open" şahmat festivalında finişə bir tur qalmış ikihakimiyyətlilik yaranıb.

İdman.biz xəbər verir ki, səkkiz turdan sonra Xaqan Əhməd və Yevgeni Romanov hərəyə 6,5 xal toplayıblar.

Azərbaycanlı beynəlxalq usta əlavə göstəricilərə görə Şimali Makedoniya təmsilçisini qabaqlayır.

Vüqar Manafov və ukraynalı Vitali Bernadski isə 6 xalla onların ardınca gəlirlər.

Bu mənada turnirin son turunun maraqlı və gərgin olacağı gözlənilir.

İdman.biz