Azərbaycan şahmatçıları Hindistana gedəcəklər

Xəbərlər
21 İyul 2025 17:11
59
Azərbaycan şahmatçıları Hindistana gedəcəklər

Şahmat üzrə Dünya kuboku Hindistanda keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə qərar FİDE Şurasının Batumidə keçirilən iclasında verilib.

Oktyabrın 31-dən noyabrın 27-dək baş tutacaq yarışın hansı şəhərdə olacağı hələlik məlum deyil.

Yüksək reytinqli şahmatçıların çıxış edəcəyi Dünya kubokunda ilk "üçlük" İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, üç Azərbaycan şahmatçısı - Rauf Məmmədov, Riad Səmədov və Əhməd Əhmədzadə Dünya kubokunda mübarizə aparacaq. Nicat Abasov isə turnirdə son dünya çempionatının yarımfinalçısı kimi çıxış edəcək.

İdman.biz