Aydın Süleymanlı Fransada ilk "30-luq"da

Xəbərlər
21 İyul 2025 11:16
50
Aydın Süleymanlı Fransada ilk "30-luq"da

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Fransada keçirilən turnirdə iştirak edir.

İdman.biz xəbər verir ki, o, Eks-an-Provensdə keçirilən 13-cü festivalda mübarizə aparır.

İki turdan sonra Süleymanlı 1,5 xal toplayaraq ilk "30-luq"da qərarlaşıb.

Yarışda Yorden Van Foreest (Niderland), Pavel Elyanov (Ukrayna), Nils Qrandelius (İsveç), Baadur Jobava (Gürcüstan) və başqa məşhurlar güclərini sınayırlar.

Qeyd edək ki, turnirə qatılan 295 oyunçunun 57-si qrossmeysterdir. Yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.

İdman.biz