Azərbaycan şahmatçısı Aydın Süleymanlı Fransada keçiriləcək turnirdə çıxış edəcək.
İdman.biz xəbər verir ki, sabah Eks-an-Provansda 13-cü beynəlxalq şahmat festivalı başlayır.
57-si qrossmeyster olmaqla, 295 iştirakçının qatılacağı “Masters”də həmyerlimiz də çıxış edəcək.
Digər məşhur adlar arasında Yorden Van Foreest (Niderland), Pavel Elyanov (Ukrayna), Nils Qrandelius (İsveç), Baadur Cobava (Gürcüstan) və başqaları var.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.
İdman.biz