Şahmatçılar "Guba Open" turnirinə start veriblər

Xəbərlər
17 İyul 2025 11:52
51
Şahmatçılar "Guba Open" turnirinə start veriblər

Qubada “Guba Open” beynəlxalq şahmat festivalına start verilib.

İdman.biz xəbər verir ki, bu yarış Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.

A turnirində 48 şahmatçı iştirak edir, onlardan 20-si ilk qələbəsini qazanıb.

Onların arasında azərbaycanlı şahmatçılar Murad Muradlı, Xaqan Əhməd, Yevgeni Romanov (Şimali Makedoniya), Vitali Bernadski (Ukrayna), Mixail Kekelidze (Gürcüstan) də var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olacaq.

İdman.biz