“Quba Open”in reytinq favoriti - Məhəmməd Muradlı

Xəbərlər
14 İyul 2025 13:52
37
“Quba Open”in  reytinq favoriti - Məhəmməd Muradlı

Şahmat üzrə “Quba Open” beynəlxalq festivalının reytinq favoriti açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 16-da start götürəcək turnirdə Azərbaycan şahmatçısı Məhəmməd Muradlı siyahıya başçılıq edəcək.

42 şahmatçının mübarizə aparacağı festivalda Yevgeni Romanov (Şimali Makedoniya), Vitali Bernadski (Ukrayna), Mixail Kekelidze (Gürcüstan), həmçinin ötən həftəsonu “Lənkaran Open”in qalibi olmuş Xaqan Əhməd də lövhə arxasına keçəcək.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

İdman.biz