Misrətdin İskəndərov Türkiyədə beynəlxalq turnirdə 2-ci olub

Xəbərlər
14 İyul 2025 09:24
54
Misrətdin İskəndərov Türkiyədə beynəlxalq turnirdə 2-ci olub

Azərbaycan şahmatçısı Misrətdin İskəndərov Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, son görüşündə gürcü Qiqa Quparadze ilə bərabərə qalıb.

Qrossmeysterimiz 6,5 xal toplayıb və əlavə göstəricilərə görə, qalibdən geri qalsa da, dörd rəqibini qabaqlayıb.

Turnirin qalibi 9 oyundan 7 xal toplayan Şimali Makedoniya təmsilçisi Yevgeni Romanov olub.

Qeyd edək ki, yarışda 13 ölkədən ümumilikdə 82 oyunçu iştirak edib.

İdman.biz