Maqnus Karlsenə uduzan ChatGPT onun reytinqini aşağı qiymətləndirib

Xəbərlər
13 İyul 2025 12:54
43
Maqnus Karlsenə uduzan ChatGPT onun reytinqini aşağı qiymətləndirib

ChatGPT çatbotu norveçli qrossmeyster Maqnus Karlsenə şahmat oyununda uduzub.

İdman.biz xəbər verir ki, dünya çempionu bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O, oyun ərzində heç bir fiqur itirmədiyini vurğulayıb.

Matçdan sonra Maqnus çatbotdan onun oyununu qiymətləndirməsini istəyib. Süni intellekt şahmatçının taktikasını yüksək qiymətləndirib, lakin səhvən onun reytinqinin FİDE və ya USCF-ə görə, 1800-2000 olduğunu güman edib. Əslində isə Karlsenin reytinqi 2839-dur.

Qiymətləndirmə şahmat ictimaiyyətində istehza ilə qarşılanıbş. İstifadəçilər zarafatla 1800-ün beşqat dünya çempionu üçün “təsirli nəticə” olduğunu deyiblər.

Qeyd edək ki, Karlsen bundan əvvəl Norveç şahmat turnirində hindistanlı gənc qrossmeyster Qukeş Dommaraja məğlub məğlub olub.

İdman.biz