“Lankaran Open” şahmat festivalı çərçivəsində sürətli şahmat üzrə turnir keçirilib.
İdman.biz xəbər verir ki, blits yarışında Xaqan Əhməd qalib olub.
O, doqquz oyunda 7,5 xal toplayıb və əlavə göstəricilərə görə Rüstəm Rüstəmovu qabaqlayıb. Murad İbrahimli onlardan yarım xal geri qalaraq üçüncü yerlə kifayətlənib.
Rapid turnirində isə Rüstəm Rüstəmov yeddi oyunda altı xal toplayaraq birinci olub. Əlavə göstəricilərə görə o, Əsgər Rzayev və Tunar Davudovu qabaqlayıb.
Qeyd edək ki, “Lankaran Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
İdman.biz