"Lankaran Open"də lider - Xaqan Əhməd

Xəbərlər
9 İyul 2025 14:10
35
"Lankaran Open"də lider - Xaqan Əhməd

Azərbaycan şahmatçısı Xaqan Əhməd “Lankaran Open”də liderliyə yüksəlib

İdman.biz xəbər verir ki, o, turnir başlayandan üç mümkün xaldan üçünü də toplayaraq 100 faizlik nəticə göstərib.

Digər şahmatçılarımız Tunar Davudov da eyni uğurla davam edir, amma əlavə göstəricilərdə liderə uduzur.

Turnirin reytinq favoriti olan Vitali Bernadski isə 2 xalla 8-ci yerdədir.

Qeyd edək ki, “Lankaran Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.

İdman.biz