Vüqar Rəsulov Ankarada ikinci olub

Xəbərlər
7 İyul 2025 10:39
40
Vüqar Rəsulov Ankarada ikinci olub

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Ankarada (Türkiyə) keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, finalda həmyerlisi Rəvan Əliyevə qalib gələrək 6,5 xal toplayıb, lakin gürcü Qiqa Quparadzedən geri qalıb.

Əliyev isə 5 xalla yarışı ilk "16-lıq"da başa vurub.

Rəsulov dörd oyunda qalib gələrək, beş heç-heçə ilə çıxışını məğlubiyyətsiz başa vurub.

Qeyd edək ki, turnirdə doqquz ölkədən 55 şahmatçı iştirak edib.

İdman.biz