Batumidə Dünya kuboku başlayır

Xəbərlər
5 İyul 2025 09:59
40
Batumidə Dünya kuboku başlayır

Bu gün Batumidə qadınlar arasında şahmat üzrə Dünya kubokunun açılışı olacaq.

İdman.biz xəbər verir ki, "uduzan çıxır"sistemi ilə keçiriləcək yarışda 107 iştirakçı qələbə uğrunda mübarizə aparacaq.

Dünya kubokunda Azərbaycanın 4 şahmatçısı da çıxış edəcək.

Püşkatmanın nəticələrinə görə, 1-ci mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.

İlk oyunlar sabah baş tutacaq.

Dünya kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollarıdır ki, bunun da 50 min dolları qalibə çatacaq. İddiaçılar Turnirinə üç vəsiqə uğrunda da mübarizə gedəcək.

İdman.biz

Məqalədə: