Azərbaycan şahmatçısı Vüqar Rəsulov Ankarada keçirilən turnirdə liderliyini davam etdirir.
İdman.biz xəbər verir ki, o, Başkənd Universitetinin mükafatları uğrunda keçirilən yarışın 4-cü turunda heç-heçə oynayaraq üç oyunluq qələbə seriyasını dayandırıb.
Lakin bu onun liderlik mövqeyinə təsir etməyib. Hesabında 3,5 xal olan Rəsulov ən yaxın izləyicilərini yarım xal qabaqlayır.
Qeyd edək ki, doqquz turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 9 ölkədən 55 şahmatçı çıxış edir.
İdman.biz