Şahmatçımız dünya çempionatında liderliyini qoruyur

Xəbərlər
21 Noyabr 2023 09:58
Şahmatçımız dünya çempionatında liderliyini qoruyur

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Montesilvanoda (İtaliya) keçirilən oğlanlar və qızlar arasında dünya çempionatında liderliyini qoruyub.

İdman.biz xəbər verir ki, 18 yaşadək iştirakçılar arasında keçirilən yarışda o, 6 xal toplayaraq VII turda ukraynalı Yelizaveta Qrebenşçikova ilə bərabərə qalıb.

Amerikalı Roşel Vu da eyni xala malikdir, lakin əlavə əmsallara görə Allahverdiyeva onu qabaqlayır.

Qeyd edək ki, Ayan ötən ilki dünya çempionatında gümüş medal qazanıb.

Nicat Zəkiyev
İdman.biz