"Shamakhi Open"də iki lider

Xəbərlər
30 İyun 2025 10:11
35
"Shamakhi Open"də iki lider

"Shamakhi Open" beynəlxalq şahmat festivalında liderliyə eyni xala malik 2 zəka sahibi şərik olub.

İdman.biz xəbər verir ki, dörd turdan sonra Azərbaycan şahmatçıları Xəzər Babazadə və Xaqan Əhməd 3,5 xal toplayaraq turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıblar.

Babazadə ukraynalı Vitali Bernadski ilə heç-heçə edib, Əhməd isə Vüqar Manafova qalib gəlib. Bernadski liderlərdən yarım xal geri qalaraq üçüncü yerdədir.

Qeyd edək ki, "Shamakhi Open" Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.

İdman.biz