Vüqar Rəsulov Türkiyədə turnirdə ilk "10-luq"da

Xəbərlər
27 İyun 2025 15:35
30
Vüqar Rəsulov Türkiyədə turnirdə ilk "10-luq"da

Azərbaycan şahmatçıları Türkiyədə, Çeşmədə keçirilən beynəlxalq turnirdə iştirak edirlər.

İdman.biz xəbər verir ki, altı turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticə Vüqar Rəsulova məxsusdur.

O, 4,5 xal toplayıb və 6-16-cı yerləri bölüşür. Misrətdin İskəndərov, Süleyman Süleymanlı və Rəşad Zeynallı ondan bir xal az toplayıblar.

Qeyd edək ki, turnirdə Hindistan, Polşa, Norveç, İran, Rusiya, Almaniya və digər ölkələrdən ümumilikdə 162 şahmatçı çıxış edir.

İdman.biz

Məqalədə: