Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı davam edir.
İdman.biz xəbər verir ki, səkkiz turdan sonra Xaqan Əhməd liderliyini qoruyur.
Gənc azərbaycanlı istedad ardıcıl dörd qələbədən sonra heç-heçə edib və xalını 7-yə çatdırıb.
İkinci yerdə 6,5 xalla ukraynalı Vitali Bernadski, üçüncü yerdə isə 6 xal toplayan Vüqar Manafov qərarlaşıb.
"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.
İdman.biz