Xaqan Əhməd "Sheki Open"də altıncı qələbəsini qazanıb

Xəbərlər
24 İyun 2025 09:53
46
Xaqan Əhməd "Sheki Open"də altıncı qələbəsini qazanıb

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı davam edir.

İdman.biz xəbər verir ki, yeddi turdan sonra Xaqan Əhməd yenə də liderdir.

Artıq altıncı qələbəsini qazanan gənc azərbaycanlı istedad 6,5 xalla turnir cədvəlinin zirvəsində möhkəmlənib

Ukraynalı Vitali Bernadski 6 xalla ikinci, Vüqar Manafov isə 5 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

İdman.biz