"Sheki Open" turnirində vahid lider

Xəbərlər
21 İyun 2025 10:19
37
"Sheki Open" turnirində vahid lider

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı davam edir.

İdman.biz xəbər verir ki, A və B turnirlərində 9 ölkədən 260 şahmatçı iştirak edir.

Əsas yarışda üç turdan sonra vahid lider var. Bu, ardıcıl üç qələbə ilə start götürən azərbaycanlı beynəlxalq usta Vüqar Manafovdur. Altı şahmatçı ondan yarım xal geridədir, o cümlədən yarışın reytinq favoriti ukraynalı Vitali Bernadski və Xaqan Əhməd.

"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

Yarış İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyunun 25-də başa çatacaq.

İdman.biz