"Sheki Open" başlayır: yarışda 344 şahmatçı çıxış edəcək

Xəbərlər
19 İyun 2025 11:00
86
"Sheki Open" başlayır: yarışda 344 şahmatçı çıxış edəcək

Bu gün Şəkidə "Sheki Open" beynəlxalq şahmat festivalı start götürür.

İdman.biz xəbər verir ki, turnirdə 9 ölkədən 344 şahmatçı çıxış edəcək.

Onlardan 56 iştirakçı A turnirində, digərləri isə B turnirində mübarizə aparacaq.

A turnirinin reytinq favoriti ukraynalı Vitali Bernadskidir.

"Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil edilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidir.

İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq turnir iyunun 25-də başa çatacaq.

İdman.biz