Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
18 İyun 2025 15:52
49
Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTO

Yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School”Təhsil Kompleksinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov, LANDAU School-un təsisçisi Timur Leznik, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.

LANDAU School-un təsisçisi Timur Leznik turnirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.

İyunun 22-də başa çatacaq turnir LANDAU School-un “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8,10,12 yaşadək oğlan və qızlar arasında – şəxsi və komanda hesabında keçirilir. Turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparır.

eyd edək ki, LANDAU Şahmat Festivalının baş hakimi Qüdrət İsmayılovdu.

İdman.biz