Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" şahmat turniri başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan qrossmeysteri Eltac Səfərli yarışda ikinci yeri tutub.
O, IX turda Kirill Alekseenkoya (Avstriya) qalib gələrək xallarını sayını 7,5-ə çatdırıb. Eltac lider Elham Amara çatsa da, əlavə göstəricilərdə norveçlidən geri qalıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 152 şahmatçı iştirak edib.
İdman.biz