Azərbaycan şahmatçısı Münhendə beşinci pillədə

Xəbərlər
11 İyun 2025 13:19
36
Azərbaycan şahmatçısı Münhendə beşinci pillədə

Eltac Səfərli Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" turnirində 5-ci yerdə qərarlaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı beşinci turda bolqarıstanlı Momçil Petkovla heç-heçə edib və xalını 4-ə çatdırıb.

Norveçli Elham Amar 5 xalla yarışda liderlik edir.

Turnirdə 152 şahmatçı mübarizə aparır.

İdman.biz