Azər Mirzoyev Baham adalarında 9-cu pillədə

Xəbərlər
9 İyun 2025 10:51
36
Azər Mirzoyev Baham adalarında 9-cu pillədə

Azərbaycan şahmatçısı Azər Mirzəyev Nassauda (Baham adaları) Orjan Lindrot Memorialında mübarizəni davam etdirir.

İdman.biz xəbər verir ki, 4 turda qazanılan üç qələbədən sonra o, sürətini bir qədər azaldıb.

Sonrakı üç oyunda Mirzəyev bir xal qazanıb. Yeddi günlük oyundan sonra şahmatçımız 4 xalla 9-cu yerdədir.

Qeyd edək ki, turnirin lideri amerikalı Brendon Yakobsondur (5,5 xal).

İdman.biz