Almaniyanın Münhen şəhərində keçirilən “International Whitsun” şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli yarışa iki qələbə ilə başlayıb.
O, Almaniyadan olan rəqiblərinə qalib gələrək liderlər qrupuna düşüb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 tur davam edəcək turnirdə 20-si qrossmeyster olmaqla 157 zəka sahibi mübarizə aparır.
İdman.biz