Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada çıxış edəcək.
İdman.biz xəbər verir ki, o, sabah Münhendə start götürəcək "International Whitsun" turnirində iştirak edəcək.
Yarışda 20 qrossmeyster də daxil olmaqla 157 şahmatçı mübarzə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək turnir doqquz turdan ibarət olacaq.
İdman.biz