Azərbaycan şahmatçıları "Grand Swiss" turnirində çıxış edəcəklər

Xəbərlər
5 İyun 2025 15:37
40
Azərbaycan şahmatçıları "Grand Swiss" turnirində çıxış edəcəklər

FIDE çempionluq dövrünün bir hissəsi olan "Grand Swiss" turnirinə vəsiqə qazanan şahmatçıların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək bu yarışda dörd azərbaycanlı şahmatçı da çıxış edəcək.

Açıq kateqoriyada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli, qadınlar arasında isə Günay Məmmədzadə mübarizə aparacaqlar. Bundan əlavə, Gövhər Beydullayeva ehtiyat iştirakçı kimi göstərilib.

Turnirin iştirakçıları reytinqə əsasən müəyyən edilib. Yekun siyahı isə qitələrə ayrılan yerlər, FIDE prezidentinin namizəd göstərdiyi oyunçular və təşkilatçıların dəvət etdiyi şahmatçılar müəyyən edildikdən sonra təsdiqlənəcək.

Qeyd edək ki, sentyabrın 3-16-da keçiriləcək açıq və qadınlar yarışında ilk iki yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

İdman.biz