Azərbaycan şahmatçısı Dubayda ilk "onluğ"un astanasında

Xəbərlər
4 İyun 2025 09:59
42
Azərbaycan şahmatçısı Dubayda ilk "onluğ"un astanasında

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı BƏƏ-də keçirilən "Dubai Open" turnirində mövqeyini yaxşılaşdırıb.

İdman.biz xəbər verir ki, o, ardıcıl iki məğlubiyyətdən sonra səkkizinci turda Akşay Borqankar (Hindistan) ilə oyunda qələbə qazanıb.

Muradlı 5,5 xalla 15-ci yerə yüksəlib. Üstəlik, onu ilk dörd şahmatçıdan cəmi yarım xal ayırır. Finişdə uğurlu nəticə olarsa, qrossmeysterimiz ən azı ilk "onluğ"a düşə bilər.

Aleksey Qrebnev (FIDE) 6,5 xalla liderdir.

İdman.biz