Azərbaycan şahmatçısı Dubayda "qara zolağ"a düşüb

Xəbərlər
3 İyun 2025 09:28
47
Azərbaycan şahmatçısı Dubayda "qara zolağ"a düşüb

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı BƏƏ-də keçirilən “Dubai Open” turnirində uğursuzluq zolağındadır.

İdman.biz xəbər verir ki, o, yeddinci turda Sina Movahedə (İran) uduzaraq ardıcıl ikinci oyunda məğlubiyyət yaşayıb.

Muradlının 4 xalı var və İniyan Paya (Hindistan) qalib gələn digər şahmatçımız Şiroğlan Talıbovdan əlavə göstəricilərə görə geri qalaraq 24-cü yerdədir.

Aleksey Qrebnev (FIDE) xalını 6-ya çatdıraraq turnirdə liderliyə yüksəlib.

İdman.biz