Seymur Talıbov federasiyada İcraiyyə Komitəsinin üzvlüyündən çıxarılıb

Xəbərlər
2 İyun 2025 13:22
91
Seymur Talıbov federasiyada İcraiyyə Komitəsinin üzvlüyündən çıxarılıb

“Seymur Talıbova gördüyü işlərə görə təşəkkür edirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının yenidən prezidenti seçilən Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, Seymur Talıbovun İcraiyyə Komitəsinin üzvlüyündən çıxarılmasına münasibət bildirib: “Seymur Talıbovun Azərbaycan şahmatına mühüm töhfələri olub. Məhsuldar işini hesabat seçki konfransında xüsusi olaraq qeyd etdik. Seymur müəllim üzrlü səbəblərdən bu gün burada iştirak etmir. Ona göstərdiyi xidmətlərə görə təşəkkürümü bildirirəm. Yeni heyət formalaşdı. Təəssüflər olsun ki, Seymur müəllim bundan sonra federasiyada işini davam etdirməyəcək”.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.

Aytac Sahəd
İdman.biz