İlahə Qədimova yenidən baş katib seçilib - FOTO

Xəbərlər
2 İyun 2025 13:10
55
İlahə Qədimova yenidən baş katib seçilib - FOTO

İlahə Qədimova Azərbaycan Şahmat Federasiyasının (AŞF) yenidən baş katibi seçilib.

İdman.biz xəbər verir ki, qərar AŞF-nin yeni tərkibdə olan İcraiyyə Komitəsinin keçirilən iclasında qəbul olunub.

Qədimova 2021-ci ildən bu vəzifəni icra edir.

Toplantıda “Azərbaycan Şahmat Turu”nun təşkilatçılığı, yaxın aylarda baş tutacaq yarışlara hazırlıq məsələləri müzakirə edilib.

Aytac Sahəd
İdman.biz