Azərbaycan şahmatçılarından ikisi Dubayda qələbə ilə start götürüb

Xəbərlər
28 May 2025 11:26
51
Azərbaycan şahmatçılarından ikisi Dubayda qələbə ilə start götürüb

Azərbaycan şahmatçıları bu gün Birləşmiş Ərəb Əmirliklərində start götürən "Dubai Open" turnirində iştirak edirlər.

İdman.biz xəbər verir ki, birinci turda Məhəmməd Muradlı və Şıroğlan Talıbov qələbə qazanıblar.

Gövhər Beydullayeva və Xanım Balacayeva isə ilk partiyalarında məğlub olublar.

Turnirdə 24 ölkədən 84 şahmatçı iştirak edir. Yarışın reytinq favoritı Hindistan təmsilçisi Nihal Sarindir. Muradlı isə start siyahısında dördüncü pillədə qərarlaşıb.

İdman.biz