Məhəmməd Muradlı Şarjada 9-cu olub

Xəbərlər
26 May 2025 12:18
40
Məhəmməd Muradlı Şarjada 9-cu olub

Birləşmiş Ərəb Əmirliyində şahmat üzrə “Sharjah Masters” beynəlxalq turniri başa çatıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Məhəmməd Muradlı final mərhələsində Adam Kozakı (Macarıstan) məğlub edərək 9-cu yeri tutub.

4-9-cu yerlərə şərik olan təmsilçimiz 6 xal toplayıb. Lakin o, əlavə göstəricilərə görə 9-cu yerdə qərarlaşıb.

Eyni zamanda, Muradlı turnirin ikinci yarısını inamla keçirərək, beş oyundan dördündə qalib gəlib.

Qeyd edək ki, Şarjada birinci yeri 7 xalla Aniş Giri (Niderland) tutub.

İdman.biz