Sabah Birləşmiş Ərəb Əmirliyində şahmat üzrə “Dubai Open” turniri start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar.
Komandamızın heyətində həftəsonu Şarjada keçirilən yarışda 9-cu yeri tutmuş Məhəmməd Muradlı ilə yanaşı, Şiroğlan Talıbov, Gövhər Beydullayeva və Xanım Balacayeva da yer alıb.
Muradlı Nihal Sarinin (Hindistan) reytinq favoriti olduğu turnirin start siyahısında dördüncüdür.
Qeyd edək ki, yarışda 24 ölkədən 84 şahmatçı iştirak edəcək.
İdman.biz